MİT başqanından Səudiyyəli həmkarına tövsiyə: “Qanqren olmuş qolu kəsin, yoxsa...”

Baxış sayı:
10426

Fərhad Ünlü, Əbdürrəhman Şimşek, Nazif Qaraman bütün dünyanın gündəminə oturan Qaşıqçı cinayətinin gizli qalmış hissələrini göstərdikləri "Diplomatik Vəhşilik-Camal Qaşıqçı Qətlinin Qaranlıq Sirləri" adlı yeni bir kitab qələmə alıb.
 
 Kitabda Türkiyənin MİT rəhbəri Hakan Fidanın Səudiyyə Daxili Kəşfiyyat Xidmətinin sədri Abdulaziz bin Məhəmməd əl- Huveyrani ilə görüşünə də yer verilib. İkitərəfli görüşdə Mit başqanı Hakan Fidan Səudiyyəli həmkarına bunları söyləyib:
“MİT başqanı “doktor” deyə müraciət etdiyi Səudiyyə Daxili Kəşfiyyat Xidmətinin sədri Abdulaziz bin Məhəmməd əl- Huveyraniylə keçirdiyi ilk görüşdə Türkiyənin əlindəki həlledici dəlillərdən danışmayıb, amma Ankaranın əlinin güclü olduğunu hiss etdirib. Hakan Fidan, həmkarına, "İşi siz törətdiniz, bu bir fəsaddır. Qanqrena olmuş qolu dərhal kəsmək lazımdır - deyib və əlavə edib: "Dediyim kimi, bu bir fəsaddır. Nə vaxt, haradan kəsəcəyinizə siz qərar verəcəksiniz. Amma geciksəniz bütün orqanizmə yayılacaq”.

Müxalifət.az