Mişustin Putini də koronavirusa yoluxdurub? – PREZİDENTLƏ BAŞ NAZİR SONUNCU DƏFƏ BU TARİXDƏ GÖRÜŞÜBLƏR…
1-05-2020 09:47
Baxış sayı:
2596
Koronavirusa yoluxan Rusiya Federasiyasının baş naziri Mixail Mişustin sonuncu dəfə martın 24-də ölkə prezidenti Vladimir Putinlə şəxsən görüşüb.
Bunu “Komsomolskaya Pravda”nın müxbiri Dmitri Smirnov bildirib.
Onun sözlərinə görə, dövlət başçısı, baş nazir və baş nazirin birinci müavini Andrey Belousov iqtisadi məsələlərə dair iclasda görüşüblər.
Daha əvvəl, Mişustinin iş yerindəki təmas dairəsi müəyyən edilib. Baş nazirin ofisinə daxil olmaq üçün icazə yalnız protokol işçilərinə və videobağlantının keyfiyyətini yoxlayan mütəxəssislərə verilib.
Xatırladaq ki, Mixail Mişustin koronavirusa yoluxmasını Rusiya prezidenti Vladimir Putinə videobağlantı vasitəsilə məlumatlandırıb.