​“Miss Hitler” müsabiqəsi yarımçıq qaldı

Baxış sayı:
394

“Vkontakte” sosial şəbəkəsində Adolf Hitlerin şərəfinə “Miss Hitler” gözəllik müsabiqəsi keçirilib.
Muxalifet.az xəbər verir ki, müsabiqədə yüzlərlə insan iştirak edib. Müsabiqənin şərtlərinə əsasən, burada iştirak etmək istəyən qızlar sosial şəbəkədə öz selfilərini yerləşdirməli və niyə Adolf Hitleri sevdiklərini, eləcə də qiraət etdiklərinə aydınlıq gətirməli idilər. Müsabiqədə Rusiya, Almaniya, İtaliya və ABŞ sakinləri iştirak ediblər.
Müsabiqənin keçirildiyi barədə məlumatı İsralin “Vocative” şirkəti ictimailəşdirib. Bundan sonra sosial şəbəkə rəhbərliyinə müraciət edən şirkət müsabiqənin keçirildiyi səhifənin blok edilməsinə nail olub.