Misirlidən Türkiyəyə duyğulandıran dəstək: XANIMININ ZİNƏT ƏŞYALARINI BAĞIŞLADI

Baxış sayı:
9439

Küveytdə yaşayan Misir əsilli bir şəxs, ABŞ-ın sanksiyalarına qarşı Türkiyəyə dəstək üçün həyat yoldaşının zinət əşyasını bağışlamaq istədi.
 
Küveytdə imamlıq edən Misirli Seyid Məhəmməd Mustafa, Türkiyənin Küveyt səfirliyinə gələrək, iqtisadi təxribatlara məruz qalan Türkiyə iqtisadiyyatına dəstək üçün xanımına aid qızılları bağışlamaq istədiyini bildirib.
“Nəyə görə belə bir şey etmək istəyirsən" şəklindəki suala Mustafa, "Qardaş Türk xalqına olan sevgimə görə. Sizlər Müsəlmanların ümidisiniz" deyə, cavab verib.
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı çox sevdiyini və ona daim dua etdiyini deyən Mustafa, Türk xalqına müraciət edərək "Prezident Ərdoğanın dəyərini bilin" deyə, bildirib.
Türk səfirliyinin ticarət müşaviri Atilla Uğur Başbuğ isə Türkiyəyə dəstəyini ifadə edən Mustafaya çox incə düşündüyünü, ancaq sözügedən yardımı qəbul etmələrinin mümkün olmadığını deyib.
Mustafa da bundan sonra Türkiyəyə dəstək çərçivəsində Türk lirəsi alacağını və Küveytdəki Türk məhsullarını istehlak edəcəyini bildirib.
Müxalifət.az