​Misirin prezidenti bəlli oldu: Növbəti dəfə...

Baxış sayı:
5203

Misirin hazırkı Prezidenti Əbdülfəttah əs-Sisi rəsmən növbəti dörd il müddətinə Misir Ərəb Respublikasının dövlət başçısı vəzifəsinə seçilib.
Muxalifet.az xəbər verir ki, bunu Qahirədə keçirilən mətbuat konfransında Milli Seçki Komissiyasının sədri Laşin İbrahim bəyan edib. Onun sözlərinə görə, ölkə daxilində seçkilərdə 24 milyon 97 min 92 seçici iştirak edib, xarici ölkələrdə səsverməyə isə 157 min 60 misirli qatılıb. Səsvermədə ümumilikdə 24 milyon 254 min 152 Misir vətəndaşı iştirak edib. Seçici fəallığı isə 41,05 faiz olub.
Milli Seçki Komissiyasının məlumatına görə, seçicilərin 21 milyon 835 min 387-si (97,08 faizi) Prezident Əbdülfəttah əs-Sisiyə səs verib. Onun yeganə rəqibi “Al Qad” partiyasının lideri Musa Mustafa Musa isə seçicilərin 2,92 faizinin səsini toplayıb.
Misirdə prezident seçkilərinin gedişini 18 min hakim, 54 yerli qeyri-hökumət və ictimai təşkilatların nümayəndələri, 9 beynəlxalq təşkilatın və KİV-lərin təmsilçiləri müşahidə ediblər. Yerli və beynəlxalq müşahidəçilərin fikrincə, prezident seçkiləri azad, şəffaf şəkildə keçirilib və ciddi qanun pozuntusu qeydə alınmayıb.