​Misirin iş adamları öldürüldü

Baxış sayı:
8941

Cənub Afrika Respublikasının (CAR) paytaxtı Pretoriyada naməlum şəxslər tərəfindən iki Misir vətəndaşı güllələnib.
Muxalifet.az xəbər verir ki, Misirin CAR-dakı səfirliyinin məlumatına görə, martın 3-də baş verən hadisə zamanı öldürülənlər misirli iş adamları olub. Onlar xalça və incəsənət əsərləri ticarəti ilə məşğul idilər.
İş adamları günorta vaxtı Pretoriyanın rayonlarının birində satılan malların ödənişini alarkən öldürülüb və artıq cənazələri Misirə gətirilib.
Məlumatda qeyd olunur ki, Misirin ölkədəki səfirliyi martın 7-də CAR-ın XİN-ə hadisənin təfsilatının aydınlaşdırılması və istintaqın gedişatı barədə məlumatın alınması üçün müraciət edib.