​Misirdən Türkiyəyə “casus həmləsi”: HƏBSLƏR...

Misirdə Türkiyə üçün casusluq etdikləri və terror qruplaşmalarına qoşulduqları iddiası ilə 29 nəfər həbs edilib.
Bu barədə Misirin MENA agentliyi informasiya yayıb.
Saxlanılan şəxslərin Misirdə Müsəlman Qardaşları hərəkatının yenidən iqtidara gətirilməsi planına uyğun olaraq bəzi telefon danışıqlarını qeyd edərək Türkiyə kəşfiyyatına ötürdüyü iddia edilib.
Qeyd edək ki, Misirdə 30 illik Hüsnü Mübarək rejiminin 2012-ci ildə devrilməsindən sonra seçki yolu ilə seçilən ilk prezident olan Məhəmməd Mursi Müsəlman Qardaşları hərəkatının üzvü olub./axar/