​Misirdən 5 ölkəyə qarşı radikal addım - XƏBƏRDARLIQ

Misir 5 ölkənin səfirlərini Xarici İşlər Nazirliyinə çağırıb.
Muxalifet.az  xəbər verir ki, nazirlik İngiltərə, Almaniya, Hollandiya, İtaliya və Kanadanın ölkədəki nümayəndələrini sözügedən ölkələrin Misiri insan haqlarını pozmaqda ittiham etməsinə görə çağırdıqlarını açıqlayıb.
Qeyd edək ki, İngiltərə, Almaniya, Hollandiya, İtaliya və Kanada Misirdə 7 həftədir həbsdə olan hüquqşünas İbrahim Mutevellinin həbsindən narahatlıq duyduqlarını bildirmişdilər.