Misirdə terror hücumu: Ölənlər var

Baxış sayı:
1942

Misirin Şimali Sina vilayətindəki bir təhlükəsizlik nöqtəsinə təşkil edilən silahlı hücumdan sonra çıxan qarşıdurmada 8 polis həyatını itirib.
 
Misir dövlət televiziyasının xəbərinə görə, terrorçular Ariş şəhərinin cənubundakı bir təhlükəsizlik nöqtəsini hədəf alıb. Hücumdan sonra çıxan qarşıdurmada, aralarında zabitlərin də olduğu 8 polis ölüb, 5 terrorçu təsirsiz hala gətirilib.
Ölkənin şimal-şərqindəki Şimali Sina vilayətində olan Rifah və Ariş şəhərləri zaman zaman silahlı qrupların hücumlarına məruz qalır.
Sinada 2014-ün noyabrında terror təşkilatı İŞİD-a beyət etdiyini bəyan edən və adını "Sina Vilayəti" olaraq dəyişdirən Ənsar Beyt əl-Makdis təşkilatı kimi bir sıra silahlı qrupların təsirli olduğu ifadə edilir.
Müxalifət.az