Misirdə Sisiyə qarşı kampaniya: Baxın, pulların üzərinə nə yazırlar!

Baxış sayı:
5968

 Misirdə çevrilişçi dövlət başçısı Abdülfettah es-Sisiyə qarşı edam etirazları sürətlə böyüyür. Son olaraq Misirlilər, Misir pulu üzərində "Rahat ol, tək deyilsən" mesajı yazılan yeni bir kampaniya başlayıb. Misir rəhbərliyi isə bu aksiyanı əngəlləməyə çalışaraq pulların keçərli olmayacağını açıqlayıb.
 
Misirlilər 9 gəncin edamı və 20 adamın həyatını itirdiyi, 43 nəfərin isə yaralandığı qatar qəzasından sonra yenidən etiraza başlayıb.
Müxtəlif yerlərdə qazan, tava və fit çala-çala etirazlarına davam edən Misirlilər, bu dəfə yeni bir aksiya başlayıb.
 
Pulların üzərindən mesaj
 
 Firon Sisinin zülmlərinə müqavimət göstərməyə davam edən Misirlilər, Misir pulunun üzərinə "Rahat ol, tək deyilsən" mesajı yazılan böyük bir kampaniya başladıb.
Böyük kütlələri əhatə edən kampaniya ölkədə rezonansa səbəb olub.
 
Misir Mərkəz Bankından əngəl
 
Sisi hakimiyyətində bu kampaniya böyük narahatlığa səbəb olub. Kampaniyanı əngəlləməyə çalışan rəhbərliyin göstərişilə Misir Mərkəzi Bankı bu mesajların yazılı olduğu pulların etibarsız olacağını bəyan edib.
Kampaniyanın aparıcılarından olan Misirli siyasətçi Mahmud Fəth, aksiyanın uğurlu bir şəkildə davam etdiyini bildirib.
“Şərq” televiziyasının aparıcısı Motaz Matar isə televiziya verilişlərində kampaniyanın geniş kütlələrə çatmasını təmin edib.
Müxalifət.az