​Misirdə səhər namazı QANA BOYANDI

Misirdə Sinay yarımadasının şimalında məsciddə partlayış baş verib.
Muxalifət.az xəbər verir ki, məlumata görə, terrorçular tərəfindən səhər namazı zamanı partladıcı qurğu işə salınıb.
Hadisə nəticəsində 50-dən çox ölü, 100-ə yaxın yaralının olduğu bildirilir.
Partlayışdan dərhal sonra məscidin naməlum şəxslər tərəfindən atəşə tutulduğu iddia edilir.