Misirdə dəmir yolu qəzası: ölənlərin sayı 49 nəfərə çatıb

Hadisə yerinə 80-dək təcili tibbi yardım maşını və xilasedicilər cəlb edilib
 
Misirin şimalında baş vermiş dəmir yolu qəzasında ölənlərin sayı 49 nəfərə çatıb.
Bu barədə "Sinxua agentliyi" məlumat yayıb.
Misirin İskəndəriyyə şəhərinin qubernatoru Məhəmməd Sultan sərnişin qatarlarının toqquşmasında maşinistlərdən birinin təqsirkar olduğunu bildirib. "O, yola növbəti qatar daxil olduqda semaforun qadağanedici siqnalını görməyib. Bu, faciəyə səbəb olub", – deyə Sultan bildirib.