​Misirdə 13 terrorçu MƏHV EDİLİB

Misirin “Al Youm as Sabia” nəşri ölkənin təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadla xəbər verir ki, Qahirədən cənub-qərbdə yerləşən Al-Vahat rayonundakı səhralıqda Misirin təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən antiterror əməliyyatının gedişində 13 terrorçu məhv edilib.
"Azərtac" “Al Youm as Sabia” nəşrinə istinadla bildirir ki, təhlükəsizlik qüvvələri ilə terrorçular arasında silahlı münaqişə nəticəsində 13 terrorçu məhv edilib. Həmin terrorçuların keçən cümə günü Al-Vahat rayonunda təhlükəsizlik qüvvələrinə hücumda əli olması güman edilir. Bu hücum nəticəsində 16 polis işçisi həlak olub, 15 terrorçu məhv edilib. Hazırda təhlükəsizlik qüvvələri terrorçuların məhv edilməsi üzrə əməliyyatı davam etdirirlər.