Misir prezidentindən növbəti xəyanət: NETANYAHU İLƏ GİZLİ GÖRÜŞÜB

Baxış sayı:
7372

İsrailin Kanal 10 televiziyasının xəbərində, Netanyahu ilə Sisinin, Qəzzada uzunmüddətli atəşkəs mövzusunu müzakirə etmək üçün 22 mayda gizli görüşdüyü bildirilib. Netanyahunun, müşavirləri və xüsusi qorumalarından ibarət olan bir qrupla və xüsusi təyyarəylə getdiyi Qahirədə bir neçə saat qaldığı, sonra Təl-Əvivə döndüyü iddia edilib.
 
Xəbərdə ikilinin, Qəzzadakı vəziyyət, əsir əsgərlər, infrastruktur işlərinin artırılması üçün tədbir alınması, atəşkəs, Fələstin rəhbərliyinin Qəzzada hakimiyyəti ələ alması, blokadanın böyük miqdarda yüngülləşdirilməsi və "əsrin müqaviləsi" məsələlərini müzakirə etdiyi irəli sürülüb.
Həmçinin xəbərdə, Sisinin görüşdə mərhələli da olsa, Fələstin rəhbərliyinin Qəzzada məsuliyyəti öz üzərinə götürərək Qəzzadakı vəziyyətin həll edilməsi lazım olduğunu vurğuladığı və Ərəb ölkələrinin bu məsələdə Fələstin dövlət başçısı Mahmud Abbasa təzyiq etdiyi bildirilib.
Misir və ya İsrail orqanlarından bu iddialarla bağlı hələ ki, açıqlama verilməyib.
Qeyd edək ki, Sisi və Netanyahu, daha əvvəl bir dəfə  2017-nin sentyabrında Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının iclası çərçivəsində ABŞ-ın Nyu-York şəhərində bir araya gəlmişdi.
Müxalifət.az