​Misir piramidasında böyük kəşf: XIX əsrdən bəri...

Misirin Gizeh bölgəsində yerləşən Xeops piramidasında araşdırma aparan yapon və fransız alimlər tərəfindən müəmmalı boşluq tapılıb.
Muxalifet.az xəbər verir ki, “Böyük Qalereya” adlanan sahə üzərində tapılan 30 metrlik boşluğun məqsədli şəkildə saxlandığı, yaxud təsadüf nəticəsində əmələ gəldiyi bəlli deyil.
Boşluğun XIX əsrdən bəri tapılan ən böyük kəşf olduğu bildirilib.
Bəzi versiyalara görə, bu boşluq ərazi müəyyən təyinat üçün inşa edilən otaq olub.
Qeyd edək ki, Xeops piramidası dünyanın 7 möcüzəsindən biri sayılır.