Misir Mərdanov məktəblərdə yığılan "süpürgə pulu"ndan danışdı - VİDEO

Baxış sayı:
283

İTV-də yayımlanan “3D” verilişinin budəfəki qonağı AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov olub.
 

Muxalifet.az xəbər verir ki, aparıcı Dadaş Dadaşlinskinin M.Mərdənova ünvanladığı suallardan biri məktəblərdə yığılan “süpürgə pulu” ilə bağlı olub. O, məsələyə belə münasibət bildirib: “O dövürdə də məsələni müxtəlif jurnalistlər, məni istəməyən müəyyən qüvvələrin dəstəyi ilə həddindən artıq qabardırdılar. Müəllimi gözdən salmaq üçün belə addımlar atılırdı. İndi də düşünürəm və o fikirdəyəm ki, onların heç birinin ciddi əsası yox idi. Biz millətimizin gənclərinin talehini müəllimə buraxırıqsa, müəllimin nüfuzunu, hörmətini artırmalıyıq. Müəllimə oldu-olmadı böhtan atmaq, bir müəllim iş görürsə, bunu bütün müəllimlərin adına yaymaq kimi hallar çox olub. Mən belə hallara həmişə qarşı olmuşam".          
Sabiq təhsil naziri Misir Mərdənov eyni zamanda bəzi jurnalistlərin onu siyasətə çəkdiyini də bildirib: “Jurnalistlər məni bilərəkdən siyasətə çəkmək istəyirlər. Mənim indiki fəaliyyətimlə bağlı hansı sualları versələr mən cavablandırmağa hazıram. Ancaq onlar başqa istiqamətə çəkməyə cəhd edirlər. Mən də əlbəttə ki, o istiqamətə getmək istəmirəm. Ona görə bir çox hallarda onların suallarına cavab vermirəm”.