Əmisi oğlunun arvadına sataşanı cəzalandıranlar SAXLANILDI — VİDEO

Baxış sayı:
5785

Ötən gün başqasının həyat yoldaşına sataşan şəxsin kimliyi məlum olub.
Məlumata görə, sözügedən şəs Şəmkir rayonunun Aşağı Seyfəli kəndinin sakini olan Elxan adlı şəxsdir. Kəndin icra nümayəndəsi Səyyar Məsimov  saytımıza verdiyi açıqlamada bildirib ki, Elxan adlı şəxs əmisi oğlu Əlinin həyat yoldaşına qarşı nalayiq hərəkətlər etdiyi üçün cəzalandırılıb:"Həmin şəxslər Elxanın əmisi oğlu Əli və onun dostlarıdır. Amma bundan başqa əlavə nəsə deyə bilmərəm".
Qedy edək ki, sözügedən videoda əmisi oğlunun həyat yoldaşına sataşanı cəzalandırılan şəxslər artıq saxlanılıblar.
Şəmkir Rayon Prokurorluğundan A24.Az-a verilən məlumata görə, faktla bağlı Şəmkir Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 133.2.3-cü (əzab vermə (bir qrup şəxs tərəfindən törədildikdə)) maddəsi ilə cinayət işi başlanıb, cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyənləşdirilək istintaqa cəlb olunması iqtiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Mövzunu diqqətdə saxlayacağıq./olke.az