Mirşahin deputatlığa namizəd olan jurnalistləri işdən çıxardı - SAXTAKARLIQ FAKTLARINI YAYDIQLARI ÜÇÜN

Baxış sayı:
2581

"REAL” TV-nin əməkdaşı Ləman Ələşrəfqızı televiziyadakı işindən ayrılıb.

Muxalifet.az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, tanınmış jurnalist bildirib ki, seçkidə namizəd kimi iştirak etməyə qərar verdiyi vaxt televiziyadakı müqaviləsinə xitam verilib:

"Rəhbərlik müqavilənin vaxtını uzatmaqda maraqlı olmadı və mənlə işləməyi arzulamadı. Televiziya rəhbərliyi bizi istəmirsə, biz də orada işləməyi istəmirik”.

Afət Telmanqızı isə modern.az-a açıqlamasında bildirib ki, qarşılarına qoyulan şərtə görə ikinci yolu seçmək məcburiyyətində qalıblar:

“İşdən çıxarılmağımızın səbəbi seçkilərlə bağlı sosial şəbəkədə yazdıqlarımıza görədir. Qarşımıza belə bir şərt qoyuldu. Ya statusları silməlisiniz, ya da işdən çıxarılırsız. Biz də ikinci yolu seçdik”.

Qeyd edək ki, L.Ələşrəfqızı 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən, onunla eyni televiziyada işləyən həmkarı Afət Telmanqızı isə 125 saylı Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü. Məlumata görə, Afət Telmanqızı və İlqar Mikayıloğlu da kanalla yollarını ayırıb. 

3 məşhur jurnalist REAL TV-dən çıxarıldı