Mirmahmud Mirəlioğlu prezidentliyə namizəd oldu

Baxış sayı:
1278

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin növbəti iclası keçirilib. 
Muxalifət.az xəbər verir ki, iclasda ötən iclasda qəbul olunmuş qərarların icra vəziyyəti və ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. KXCP Ali Məclisi Türkiyə ordusunun Afrində apardığı anti-terrror əməliyyatını da müzakirə edərək, qardaş ölkənin mövqeyini dəstəklədiyini ifadə edib. İclasda həmçinin bu ilin oktyabr ayında keçiriləcək prezident seçkiləri müzakirə edilib. Partiyanın Ali Məclisi KXCP sədri Mirmahmud Mirəlioğlunun növbəti prezident seçkilərində namizədliyini irəli sürüb.