​Mirələmovun bacısı oğlu işdən çıxarıldı - SƏBƏB

Baxış sayı:
331

"Azəriqaz" İstehsalat Birliyində struktur və kadr dəyişikliyi baş verib.

Muxalifet.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqları Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.
Onun sözlərinə görə, "Azəriqaz" İB-də Baş direktorun innovasiyaların tətbiqi üzrə müavini vəzifəsi ixtisara salınıb: "Bununla da həmin müavin postunda 10 ildən çoxdur işləyən Fikrət Sucayev də vəzifədən çıxarılıb".
Qeyd edək ki, Fikrət Sucayev YAP Xətai rayon təşkilatının sədri, deputat Hüseynbala Mirələmovun bacısı oğludur.