Mirça Luçesku Türkiyə yığması ilə yollarını ayırdı

Baxış sayı:
6520

Türkiyənin Futbol Federasiyası baş məşqçi Mirça Luçesku ilə yollarını ayırıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Demirören” xəbər agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Türkiyənin futbol üzrə milli yığmasına Şenol Günəşin gətiriləcəyi deyilir. Şenol Günəş hazırda “Beşiktaş” klubunun baş məşqçisidir.
Qeyd edək ki, Luçeskunun baş məşqçili altında Türkiyə yığması 17 oyuna çıxıb. 4 qələbə, 7 məğlubiyyət qazanıb və 6 oyunda heç-heçə qalıb.