​Miqrant böhranına görə 30 milyard dollar ayrılacaq

Baxış sayı:
5965

Meksika federal hökuməti miqrasiya problemini həll etmək üçün ölkənin cənub rayonlarının inkişafına 30 milyard dollar vəsait ayıracaq.
Muxalifet.az xəbər verir ki, bu barədə Meksikanın xarici işlər naziri Marselo Ebrard miqrasiya məsələləri üzrə Mərakeşdə keçirilən BMT hökumətlərarası iclasındakı çıxışında bəyan edib. 
“Ümid edirəm ki, bu investisiyalar və səylər yaxın 5 il ərzində 30 milyard dolları keçəcək və bu, ölkənin cənubuna yatırılan ən vacib investisiya olacaq” - Ebrard vurğulayıb. 
On, əlavə edib ki, Meksikanın bu addımı bütün dünyaya miqrasiya probleminin təhlükəsiz, nizamlı və daimi əsasda həllinin mümkünlüyünü göstərəcək. 
Marselo Ebrard regionun inkişafının inteqral planının hazırlanması üçün Meksika hökumətinin Honduras, Qvatemala və Salvador hökumətlərilə birgə işləyəcəyini deyib. 
Qeyd edək ki, Meksikanın cənubu, xüsusən də Çyapas və Oahaka ölkənin ən kasıb ştatlarıdır, oradan ABŞ-a daimi miqrant axını müşahidə olunur. Çünki Qvatemala ilə sərhəd olan bu ştatlara Latın Amerikasından çoxsaylı miqrantlar keçir və sığınmaq üçün ABŞ-a yollanırlar. Hazırda 10 minə yaxın miqrant ABŞ-Meksika sərhəddini keçməyə çalışır.