Minskdəki kütləvi iğtişaşların koordinatorları saxlanıldı

Baxış sayı:
2159

Ötən gün Belarusun paytaxtı Minsk şəhərində kütləvi iğtişaşların koordinatorları saxlanılıb.
APA-nın xəbərinə görə, bu barədə “Belta” məlumat yayıb.
Bildirilib ki, koordinatorlardan biri “Belarus” mehmanxanasından tabeliyində olan 3 nəfəri təlimatlandırıb.
Həmin şəxslər də öz növbələrində yüzlərlə adama göstərişlər verib.
Bundan başqa, avqustun 12-dən etibarən Belarus ərazisində pirotexniki vasitələrin satışı qadağan edilib.