​"Minsk qrupunda bir nəfərin azalması formatın dəyişməsi deməkdir"

“Əgər ATƏT-in Minsk qrupunda bir nəfər azalacaqsa, bu, özü-özlüyündə formatın dəyişməsi deməkdir”.
Muxalifət.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyi Brayzanın ABŞ-ın öz həmsədrini geri çağıracağına və Minsk qrupu formatının dəyişə biləcəyinə dair açıqlamasına münasibət bildirərkən deyib.
O əlavə edib ki, məsələyə praktik deyil, nəzəri baxımdan yanaşır: “Çünki bu sual ABŞ tərəfinə ünvanlanmalıdır. Burada
məntiqi olmayan heç nə yoxdur. Həmsədrlərin sayı azalacaqsa, format dəyişəcək. Bu hansı səbəbdən olacaq, pullarımı çatmayacaq, artıq yeni məsələ olacaq. Dağlıq Qarabağ məsələsi bizim üçün beynəlxalq gündəlikdə olan prioritet məsələlərdən biridir. Söhbət tək qonşularımızdan getmir, bizi bu xalqlarla həyat, tale bağlayır. Biz yüz illərlə bu xalqlarla eyni taleyi bölüşmüşük. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi bizim üçün prioritetdir”./apa/