MİNSK FORMATI DƏYİŞDİRİLƏ BİLƏR - Ərazilərin qaytarılması üçün Putinlə RAZILAŞMA

Baxış sayı:
9334

Dövlət başçısı olacağı halda, Donbasda atəşin dayandırılması haqqında Rusiya tərəfiylə razılaşmağa çalışacaq.
Muxalifet.az publika.az-a istinaden xəbər verir ki, bunu “Ukrainskiy Pravda” qəzetinə müsahibəsində Ukrayna prezidentliyinə namizəd, şoumen Vladimir Zelenski bildirib.
“Hər şeydən əvvəl istəyirəm ki, atəş dayandırılsın. Bu razılaşma, düşünürəm ki, çox da çətin deyil. Fikrimcə, razılaşmaq olar. Birinci, öldürməyi dayandırmaq lazımdır. İnsanlarımızı qorumaq əhəmiyyətlidir”, - o deyib.
Prezidentliyə namizədin sözlərinə görə, Minsk razılaşmalarına ümid bəsləyir. Şoumen Minsk formatına (Rusiya, Ukrayna, Fransa və Almaniya təmsil olunur – red.) başqa qərb ölkələrinin də cəlb edilə biləcəyini söyləyib.
Bununla belə, Zelenski Donbasda döyüşçülərin amnistiyası haqqında istənilən təklifi rədd edib: “Onlar bizim insanlarımızı öldürürdülər. Əlbəttə, heç kəs buna getməyəcək!”
“Bütün əraziləri qaytarmaq üçün hər şeyi maksimal etmək lazımdır”, - o əlavə edib.