​"On minlərlə suriyalı ölümlə üz-üzə qalıb"

"Rusiya rəsmi Şamın icazəsi olmadan ABŞ-ın Suriyada açdığı qanunsuz Əl Tanf hərbi bazasına görə on minlərlə suriyalıya humanitar yardım göndərə bilmir".
Bu məlumatı Rusiyanın Suriyadakı atəşkəsə nəzarət mərkəzi yayıb.
ABŞ ordusu bölgəyə 55 kilometrdən çox yaxınlaşmağı qadağan edib. Bu səbəbdən hərbi bazaya müharibə cinayəti sayıla biləcək qədər yaxın məsafədə yerləşən Rukban düşərgəsindəki on minlərlə suriyalı ölümlə üz-üzə qalıb.
Yerli qaynaqlardan verilən məlumata görə, ABŞ əsgərləri bölgədə daha bir qanunsuz hərbi baza qurub. Hərbçilər 43 silahlı qrupun yer aldığı Milli Ordunun qurulması üçün bu düşərgədə toplaşır.