Minlərlə PKK-lı terrorçular AFRİNƏ GÖNDƏRİLİR: ABŞ-IN YENİ OYUNU

Baxış sayı:
8782

TSQ-nin Afrinə başladığı əməliyyat qarşısında gözlədiyi beynəlxalq dəstəyi ala bilməyən PKK, Deyrizor və Raqqadaki bütün terrorçuları Afrinə göndərəcəyini açıqlayıb.
 
Türk Silahlı Qüvvələrinin Afrindəki terror yuvalarına qarşı başlatdığı “Zeytun Budağı” Hərəkatı qarşısında çarəsiz qalan terror təşkilatı PKK, çıxış yolu tapmaq üçün çarə axtarmağa başlayıb. Başda ABŞ olmaqla, imperialist Qərbdən gözlədiyi dəstəyi almayan PKK, Afrində davam edən əməliyyat üçün Rusiyanı ittiham edərkən, bir tərəfdən də regiona əlavə güc göndərilməsi qərarı alıb.
 
QƏRB XƏYAL QIRIQLIĞINA UĞRATDI
 
İki gün əvvəl Deyrizordaki 1700 terrorçunu Afrinə göndərən PKK, Raqqadan da əlavə kömək göndərəcəyini bildirib. Terror təşkilatının Suriyadakı örtüyü olan Demokratik Suriya Qüvvələri(DSQ) adından açıqlama verən Ömər İdlibi, Afrinə qarşı hücumları dayandırması üçün beynəlxalq ictimaiyyətdən dəstək gözlədiklərini, ancaq bütün ölkələrin susduğunu söyləyib. Türkiyənin Afrinə qarşı əməliyyatının dayandırılması məsələsində beynəlxalq güclərin ciddi bir səy göstərmədiyini bildirən Idlibi, bu səbəblə Fərat çayının şərqində olan terrorçuları Afrin bölgəsinə göndərmək məcburiyyətində qaldıqlarını söyləyib.
 
 "ABŞ-ın İŞİD-lə MÜBARİZƏ ZƏİFLƏYƏCƏK" HEKAYƏSİNƏ DAVAM
 
Fərat çayının şərqindən çəkildikləri halda İŞİD-lə mübarizəyə mənfi təsir göstərəcəyini iddia edən İdlibi, Deyrizorda İŞİD-ə qarşı əməliyyatların davam etdiyini və İŞİD-in DSG işğalı altında olan bölgələrə hücumlarının olduğunu bildirib. İdlibi Deyrizordan 1700 PKK-lının Afrinə göndərilməsin sonra İŞİD-in 4 kənd aldığını sözlərinə əlavə edərək Qərb sahiblərinə də mesaj göndərib.
 
6 MİN TERRORÇU AFRİNƏ GEDƏCƏK
 
Afrində vəziyyətin pisləşdiyini və ABŞ başda olmaqla, bütün dünyanın əməliyyata tamaşaçı qaldığını bildirərək yaşadığı xəyal qırıqlığını dilə gətirən İdlibi, Afrini müdafiə etməyə məcbur olduqlarını bildirərək, “İndiyə qədər 1700 döyüşçümüzü Afrinə göndərməyə qərar verdik. Bizim cəmi 6 min döyüşçümüz var" deyə, söyləyib.
Müxalifət.az