On minlərlə insan təhlükədədir - ABŞ-da FƏLAKƏT GÖZLƏNİLİR

Baxış sayı:
257

ABŞ-da on minlərlə insan hər an çökmə təhlükəsi olan su anbarlarını əhatəsində yaşayır.

Bu faktı ölkənin 44 ştatında və Porto Rikoda araşdırma aparan “Assaciated Press” agentliyinin müxbirləri ortaya qoyub.

2 ilə tamamlanan araşdırma zamanı federal qeydlər və sənədlər üzərində analiz aparan AP, ümumilikdə, 688 anbarın qəzalı vəziyyətdə olduğunu təsbit edib.

Stanford Universitetinin həyata keçirdiy Milli Anbar Performans Proqramına görə, son 40 ildə ABŞ-da minə yaxın anbar çöküb. Yaşanan su basqınlarında 34 nəfər ölüb, yüzlərlə insan evsiz qalıb.