Mingəçevirdə yaşayış binasında yanğın olub

Baxış sayı:
2125

Mingəçevir şəhərində yaşayış binasında yanğın olub.
”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə Nizami küçəsi 6 ünvanında qeydə alınıb.
Belə ki, həmin ünvanda yerləşən yaşayış binasının 4 cü mərtəbəsində yerləşən mənzillərdən birində yanğın hadisəsi baş verib. Hadisə yerinə FHN-nin iki yanğınsöndürmə briqadası cəlb olunub.Yanğın söndürülüb.
Hadisə zamanı mənzildə olan ev sakini, 1998-ci il təvəllüdlü Cəbrayılova Rahilə Bəhram qızı mənzildən çıxarılaraq qonşu evlərdən birinə yerləşdirilib. Həyəcan və stres keçirən xanıma təxliyə edildiyi ünvanda hadisə yerinə gəlmiş həkim briqadası tərəfindən tibbi yardım göstərilib. Bundan sonra onun durumu stabilləşib.
Faktla bağlı araşdırma aparılır.