​Mingəçevirdə yaşayış binasında yanğın - 1 ölü, 4 yaralı

Baxış sayı:
5581

Mingəçevir şəhərində yaşayış binasında yanğın baş verib. 
Muxalifet.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Nərimanov küçəsi, 49 ünvanında qeydə alınıb. 
Belə ki, dördmərtəbəli yaşayış binasının ikinci mərtəbəsindəki mənzillərdən birində yanğın çıxıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. 
Hadisə nəticəsində mənzil sahibi, təxminən, 55 yaşlarında olan Sergey Aleksandroviç Borisov yanaraq ölüb. 
Bundan başqa, 4 nəfər bina sakini tüstüdən zəhərlənib və lazımi tibbi yardım göstərilib. 
Faktla bağlı araşdırma aparılır.