​Mingəçevirdə yanğın — Xəsarət alan var

Baxış sayı:
6628

Mingəçevirdə baş verən yanğında xəsarət alanlar var.
Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə Günəşli yaşayış massivində baş verib. 
Belə ki, massivin 6-cı küçəsində yerləşən fərdi yaşayış evində baş verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürmə briqadası cəlb olunub. 
Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür. 
Hadisə nəticəsində evdən təxliyə olunan ailə üzvləri massivin digər evlərindən birinə gətirilib. İlkin məlumata görə, 4 nəfər xəsarət alıb, yaxud tüstüdən boğulub. Onlara yerləşdirildikləri ünvanda təcili yardım briqadası əməkdaşları yardım edir.