Mingəçevirdə toyda kütləvi dava - YEVLAXLI QONAQ DÖYÜLDÜ
29-07-2018 08:35
Baxış sayı:
1633
Mingəçevirdə kütləvi dava olub.
"Report" bildirir ki, hadisə şadlıq sarayının qarşısında baş verib.
Belə ki, Yevlaxdan bu şəhərə toy mərasiminə gələn qonaqlar arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib. Dava zamanı Yevlax rayonu, Salahlı kənd sakini, 1996-cı il təvəllüdlü Musayev Mikayıl Natiq oğlu döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıya tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.