Mingəçevirdə polisin saxladığı şəxs intihara cəhd etdi

Baxış sayı:
4816

Mingəçevir Şəhər Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasında saxlanılan şəxs özünü öldürmək istəyib.
 
"Report" xəbər verir ki, həmin təcridxanada saxlanılan şəxs ayaqqabının içərisində olan dəmir parçasını udaraq intihara cəhd edib. Yaralı xəstəxanaya çatdırlıb. Ona tibbi yardım göstərilib və müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.