​Mingəçevirdə məktəblilər arasında kütləvi dava - XƏSARƏT ALAN VAR

Baxış sayı:
4211

Mingəçevir şəhərində məktəblilər arasında kütləvi dava olub.
 
Muxalifət.az xəbər verir ki, hadisə şəhərin 11 saylı tam orta məktəbində qeydə alınıb.
Belə ki, həmin məktəbin 9-cu sinif şagirdləri arasında baş verən kütləvi dava zamanı 2003-cü il təvəllüdlü Vasif Qəşəm oğlu Abışova vintaçanla bir neçə zərbə vurulub. Ağır bədən xəsarətləri alan V.Abışov dərhal xəstəxanaya çatdırılıb. Yaralıya ilkin yardım göstərilib və əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır./report/