Mingəçevirdə maskalı şəxslər evə hücum etdi – XƏSARƏT ALANLAR VAR

Baxış sayı:
4696

Mingəçevir şəhərində maskalı şəxslər evə basqın edib.

Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hadisə şəhərin A.Puşkin küçəsi, 37 saylı mənzildə baş verib. 3 nəfər naməlum şəxs evin hamam otağının nəfəsliyindən mənzilə daxil olarkən ev sahibi ilə rastlaşıblar.

Həmin şəxslər ev sahibi Rəna Allahverdiyevaya və onun həyat yoldaşı Mahir Allahverdiyevə hücum edərək hər iki şəxsə müxtəlif bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar.

Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə baxış keçirərək zəruri istintaq hərəkətləri aparıb. Hazırda həmin şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.