MİNGƏÇEVİRDƏ EVƏ SİLAHLI BASQIN - Ev sahiblərinə xəsarət yetirilib və...

Baxış sayı:
3013

Mingəçevirdə oğurluq üçün evə soxulan şəxslər ev sahiblərinə ağır xəsarət yetiriblər.

Hadisə gecə saatlarında Puşkin küçəsi 37 ünvanında yerləşən fərdi yaşayış evində baş verib.

Evə oğurluq məqsədilə girən qarətçilər 1952-ci il təvəllüdlü ev sahibi Məhəmməd Allahverdiyevə və 1960-cı il təvəllüdlü Rəna Allahverdiyevaya dəmir alətlərlə ağır xəsarət yetirib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki M.Allahverdiyev iş adamıdır. İlkin məlumata görə, qatətçilər bir neçə nəfər olub. Hazırda faktla əlaqədar hadisə yerində araşdırma aparılır./apa