Mingəçevirdə ata və oğul bıçaqlanıb

Baxış sayı:
3665

Axşam saatlarında Mingəçevir şəhərində “Energetik” yaşayış massivində ata və oğul bıçaqlanıb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, Elçin Qəmbərov dayanacaqda, onun 1993-cü il təvəllüdlü oğlu Qəmbərov Elmir Elçin oğlu isə 3 saylı təsərrüfatın ərazisində yaralı vəziyyətdə aşkar edilib. Hər iki yaralı təcili xəstəxanaya çatdırılıb. Onların bıçaqlandığı müəyyən edilib.
Əldə olunan ilkin məlumata görə, hər iki hadisə eyni şəxs və ya şəxslər tərəfindən törədilib. Münaqişənin səbəbi hələ ki, tam məlum deyil.
Baş vermiş hadisə ilə bağlı araşdırmalara başlanılıb.