Mingəçevirdə anasını qətlə yetirən gənc saxlanıldı - YENİLƏNİB

Baxış sayı:
5540

İyunun 21-də saat 05 radələrində Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsində yaşayan 1974-cü il təvəllüdlü Birliyant Hacıyevanın yaşadığı evdə bıçaqlanaraq öldürülməsi barədə prokurorluq məlumat yayıb.
Məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib:
“Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.
İlkin istintaqla hadisənin zərərçəkmişin oğlu, 2003-cü il təvəllüdlü Elmir Hacıyev tərəfindən qısqanclıq zəminində aralarında yaranan münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Elmir Hacıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib”.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, məlumata görə, Elmir Hacıyev mərhumun oğludur./apa

***08:49

Mingəçevirdə Ağdamın Qiyaslı kənd sakini öldürülüb. 

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə az öncə şəhərin Yeni həyat köçkün qəsəbəsindəki fərdi təsərrüfatlardan birində baş verib. 

1974-cü il təvəllüdlü qəsəbə sakini Hacıyeva Brilyant Nizami qızı ürək nahiyəsinə vurulan bıçaq zərbəsindən sonra yerindəcə keçinib. 

İlkin məlumata görə, qətli qadının oğlu Elmir Hacıyev qısqanclıq zəminində  törədib. Hadisənin səbəbi hələlik tam məlum deyil. 

Hadisəni törədən E.Hacıyev polisə təslim olduğu deyilir.

Faktla bağlı araşdırma başlanılıb, cinayət işi açılıb.