​Mingəçevirdə 52 yaşlı qadın intihara cəhd edib

Baxış sayı:
5032

Mingəçevir şəhərində intihara cəhd olub.
Muxalifet.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Bağlar yaşayış massivində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1966-cı il təvəllüdlü S.D özünü öldürmək məqsədilə eyni vaxtda 20 müxtəlif dərman həbi içib. Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Onun hansı səbəbdən bu addımı atdığı məlum deyil.
Faktla bağlı araşdırma aparılır.