Mingəçevirdə 2 yaşlı uşaq 3-cü mərtəbədən yıxılıb

Mingəçevir şəhərində azyaşlı üçüncü mərtəbədən yıxılıb.
 
Hadisə şəhərin Cəmil Əliyev küçəsi 3a saylı binada baş verib.
Belə ki, həmin binada 16 saylı mənzildə yaşayan 2015-ci il təvəllüdlü Ümid Məhərrəm oğlu Əliyev üçüncü mərtəbədən yerə yıxılıb. Azyaşlı xəstəxanaya çatdırılıb və hazırda uşaq şöbəsində müalicəsi davam etdirilir. Ümid Əliyevin vəziyyəti normal olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.