Mingəçevir su anbarında batan şəxsin meyiti sahilə çıxarılıb

Dünən axşamdan batan şəxsin meyiti səhər saatlarında tapılıb.
 
İyulun 18-də axşam saatlarında Mingəçevir su anbarının 4-cü buxtası deyilən ərazidə Bərdə rayon Güloğlular kənd sakini 1981-ci il təvəllüdlü Bəhmənov Səxavət Şakir oğlunun çimərkən batdığı barədə məlumat əsasında FHN tərəfindən axtarış elan edilib. Səhər saat 8 radələrində meyit xilasedicilər tərəfindən aşkar edilərək sahilə çıxarılıb və aidiyyati üzrə təhvil verilib.
Fakt üzrə araşdırma aparılır.