"Milyonlarla insan öləcək" - TRAMP

ABŞ Prezidenti Donald Tramp CBS telekanalına müsahibəsində prezidentlik dövrünün ilk 100 gününü dəyərləndirib.
O, əsas diqqəti Şimali Koreyanın nüvə potensialı ilə mübarizə məsələsinə yönəldib.
Tramp bildirib ki, Pxenyan təxribat xarakterli addımlardan çəkinməsə, ABŞ bu ölkəyə hərbi müdaxilə edəcək:
"Şimali Koreyanın nüvə sınaqları bizi çox narahat edir. Çin prezidenti ilə ticarət və Şimali Koreya məsələlərini müzakirə etdik. Bu məsələ ticarətdən daha vacibdir. Başlaya biləcək müharibədə milyonlarla insan öləcək. Bu vəziyyət ticarəti kölgədə qoya bilər".