​Milyonçu nişanlısını yoldan çıxaracaq KİŞİ AXTARIR

Baxış sayı:
332

Adını açıqlamaq istəməyən bir ingilis milyonçu nişanlısının sədaqətini təsdiq edə biləcək kişi axtardığını bildirib.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, milyonçu iş adamı nişanlısını yoldan çıxarana pul mükafatı verəcəyini bildirib.
Qadının sədaqətindən şübhələnən iş adamını bu addımı atmağa məcbur edən məsələ nişanlısının toy məsələsində tələskən olması və boşanacaqları halda ondan təzminat istəməyəcəyi iddiası olub.
Uzun müddətdir istədiyi kimi eşq yaşaya bilmədiyini iddia edən milyonçu daha əvvəl sırf pulgir qadınlarla birlikdə olduğunu, bu səbəbdən nişanlısının niyyətində səmimi olub-olmadığını yoxlamaq qərarına gəldiyini vurğulayıb.
O, nişanlısını yoldan çıxaracaq adama 15 min funt-sterlinq nağd pul, ev və bahalı avtomobil hədiyyə edəcəyi vədini verib.
Elan sahibi bu tapşırığı yerinə yetirəcək kişinin fiziki görünüşünün yaraşıqlı olmasının vacib olduğunu qeyd edib.