Milyarderlərin həyat yoldaşları nə işlə məşğul olur? - FOTOLAR

Baxış sayı:
2902

Düşünürsünüz ki, oliqarxların həyat yoldaşları yalnız gözəllik salonlarına gedir, şopinq edir və yaxtalarda dincəlir? Heç də elə deyil. Elələri var ki, ərlərinin pulunu boş yerə xərcləmir: onlar karyera qurur, övladlarını tərbiyələndirir, idmanda nailiyyətlər əldə edir, elm və xeyriyyəçiliklə məşğul olur. Bu qadınlar şəxsi həyatlarını ictimailəşdirməsə də, onlar haqda bəzi məqamlar məlumdur. Dünyanın ən varlı insanlarının ömür-gün yoldaşlarının məşğuliyyətlərini sizə təqdim edirik: Lüsinda Sautvort “Google” axtarış sisteminin təsisçisi Larri Peycin həyat yoldaşının 3 diplomu var: Oksford, Stenford və Pensilvaniya universitetlərinin. Onun dissertasiyası insan ömrünü uzatmağa qadir olan proqressiv tibbi texnologiyalara həsr olunmuşdu. Hazırda Lüsinda Stenford Universitetində biotibbdən dərs deyir. Bundan əlavə, Larri həyat yoldaşı ilə bərabər öz xeyriyyə təşkilatını qurub. Bu təşkilat natamam ailələrə kömək, tibbə isə sponsorluq edir. 2014-cü ildə cütlük Qərbi Afrikada Ebola virusu ilə mübarizəyə böyük məbləğdə pul ayırmışdı. Baxmayaraq ki, “Google”un şüarı “Hər şey tapılar”dır, Larri özü şəxsi həyatını yetərincə gizlətməyə çalışır. Cütlüyün 2007-ci ildə ailə qurduğu və iki övlad sahibi olduğu məlumdur. Darya Jukova Əvvəlcə onu qeyd etmək lazımdır ki, 2005-ci ildə milyarder Roman Abramoviçlə ailə həyatı quran Daryanı sevgilisinin maddi vəziyyəti o qədər də maraqlandırmayıb. Belə ki, onun atası Aleksandr Jukov “Sintez-Oyl” kompaniyasının təsisçisidir. Oliqarxla tanış olduğu vaxtda Darya bir çox Hollivud ulduzlarının böyük məmnuniyyətlə geyindiyi “Kova & T” geyim markasının dizaynerlərindən biri idi. Cütlüyün iki övladı var: oğul və qız. 2017-ci ildə Romanla Darya ayrılıb. Uzun müddət heç kim Daryanın şəxsi həyatı haqda heç nə bilməyib. Bu günlərdə məlum olub ki, o, növbəti dəfə ərə gedib - bu dəfə yunan milyarderə. Darya Jukova yunan milyarder III Stavros Niarxosla Yelena Perminova Yelena Sibirin Berdsk şəhərində böyüyüb. 16 yaşında onu paytaxtda yerləşən model agentliyinə dəvət ediblər. İndi Yelena özü trend yarada bilir: o, qatıldığı heç bir tədbirdə diqqətdən kənarda qalmır. Gözəlçənin oliqarx əri Aleksandr Lebedev ondan 27 yaş böyükdür. Cütlük üç övlad sahibidir. 33 yaşlı Yelena – həyat yoldaşı, çoxuşaqlı ana, məşhur modeldir. Bundan əlavə, qadın fəşn bloqqerliklə və xeyriyyəçiliklə məşğul olur. Yelenanın təsis etdiyi onlayn auksionda məşhur personaların əşyaları satışa çıxarılır. Auksionun bütün gəlirləri onokoloji xəstəlikdən əziyyət çəkən uşaqların müalicəsinə sərf olunur. Xədicə Qutseriyeva Fağır inquş ailəsində doğlulan Xədicənin Rusiyanın varlı ailələri arasında birinci yerdə olan (“Forbes”ə görə) Qutseriyevlərin oğlu Səidlə necə tanış olub ailə qurması haqda məlumat yoxdur. Sosial şəbəkə hesabları olmayan Xədicə stomatoloq ixtisası üzrə təhsil alır, milli adətlərinə dərin hörmətlə yanaşır. Səid təkcə atası Mixail Qutseriyevin var-dövlətinin varisi deyil, həm də uğurlu biznesmendir: o, “Forbes”in siyahısında 71-ci yerdə qərarlaşıb. Miriam Adelson Günlərin bir günü qadın kor-koranə Las-Veqas və Makaoda hotel və kazinolar sahibi ilə görüşə gedib. Və 1991-ci ildə onlar ailə qurub. Miriam – narkotikdən asılı olan insanların müalicəsi üzrə ixtisaslaşmış həkimdir. Həyat yoldaşının dəstəyi ilə o, Las-Veqasda klinika açıb və orada pasiyentlərlə şəxsən məşğul olur. O, həmçinin, İsraildə də klinika açıb. İrina Viner Milyarder Alişer Usmanovun həyat yoldaşı ərinin kürəyi arxasında oturmağa öyrəşməyib. Rusiyanın bədii gimnastika üzrə Əməkdar məşqçisi İrina Vinerin onlarla yetirməsi var. 2019-cu ildə Moskvada “Lujniki” Olimpiya kompleksinin ərazisində “İrina Viner-Usmanovanın gimnastika sarayı”nın açılışı oldu. İrina Aleksandrovnaya görə, xoşbəxt nikahın sirri onun “ərinə istənilən anda dəstək ola biləcək əsl Şərq qadını olmasıdır”. Karolin Persson Karolin “H&M” İsveç geyim brendinin direktorlar şurasının sədri Stefan Perssonun həyat yoldaşıdır. İsveçli maqnat hesab edir ki, həyat yoldaşı evdə oturub uşaqların tərbiyəsi ilə məşğul olmamalıdır. Ailə gənclər arasında narkomaniya ilə mübarizə aparan fond təsis edib. Bu illər ərzində onların 3 övladı dünyaya gəlib. Cütlüyün böyük oğlu artıq “H&M”in prezidenti və baş icraçı direktorudur. Çjan İn Çinli sahibkar Cek Ma gələcək həyat yoldaşı ilə hələ Pedaqoji İnstitutda 1980-ci illərin sonlarında tanış olub ona evlilik təklifi etmişdi. Ailə varlı deyildi: ərini hətta “KFC”yə belə işə götürmürdülər. 1994-cü ildə isə Cek Ma internetin mövcudluğu haqda xəbər tutub. Ma 2 min dollar borc alıb və veb-saytların hazırlanması ilə məşğul olan kompaniya təsis edib. Çjan əri ilə bərabər “Alibaba.com” saytının yaradılmasında aktiv iştirak edirdi. Əvvəlcə o, kiçik tapşırıqlar yerinə yetirir, 2002-ci ildə isə Çinin əsas kompaniyalarından birinin idarəçisinə çevrildi. Hər şey cütlüyün 10 yaşlı oğlunun oyun həvəskarı olmasının üzə çıxdığından sonra dəyişdi. Oğlan bütün günlərini internet-kafedə keçirir və bunu belə izah edirdi: “Evdə heç kimin olmadığı halda, ora niyə gedim?”. Ma həyat yoldaşından işi buraxmağını xahiş etdi. İndi Çjan 3 övladının tərbiyəsi ilə və aktiv şəkildə xeyriyyəçiliklə məşğul olur./qafqazinfo