​Milyarderin yaxtasında gənc modelin ölümünün YENİ TƏFƏRRÜATLARI

Baxış sayı:
2776

Avstraliyalı bloqer və model Şineyd Maknamaranın ailə üzvləri morqa buraxılmayıb.
Oxu.Az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, qadının meyitini yaran şəxs onlara otaqdakı mənzərəni görmələrini məsləhət bilməyib.
O bildirib ki, meyit tanınmaz haldadır.
İlkin məlumatlara görə, gənc model gəmi kanatlarında boğularaq ölüb. Lakin ölümün dəqiq səbəblərini müəyyən etmək üçün bir neçə ay davam edəcək araşdırma aparılmalıdır.
Qeyd edək ki, 20 yaşlı model Ş. Maknamara avqustun 31-də meksikalı milyarder Alberto Baylersin yaxtasında kritik halda tapılıb. İnsident Yunanıstan adalarının birinin yaxınlığında baş verib. Gənc model xəstəxanaya aparılarkən yolda ölüb.