Milyarderin qızı universitetə daxil olub - İNDİ ONA 12 NÖKƏR LAZIMDIR...

Baxış sayı:
6841

Hindistandan olan milyarderin qızı bu il universitetə daxil olub və təhsil həyatını "asanlaşdırmaq" üçün özünə 12 nökər axtarır. 

Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda "The Sun" tabloidi yazıb.

Adı açıqlanmayan bu qız Şotlandiyanın Endryus Universitetinə qəbul olunub. Qızın ailəsi sürücü, şef-aşbaz, xadimə və s. qismində 12 nökər axtarır. Nökərlərdən birinin vəzifəsi isə qızın vaxtında yuxudan oyanmasına nəzarət etmək olacaq. Digərləri onun üçün ərzaq bazarlığı edəcək. Personal elanı  "Silver Swan" şirkəti  üzərindən elan edilib.  Orada deyilir ki, xidmətçilərin maaşı ildə 30 min funt sterlinqə yaxın olacaq.