​Milyarder Süleyman Kərimov AZADLIĞA BURAXILDI

Nitsa məhkəməsi ləzgi milyarder Süleyman Kərimovu azadlığa buraxıb.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fransa prokuroru Jan Mişel Pretra söyləyib. Kərimovun azadlığa 5 milyon avro girov qarşılığında çıxdığı bildirilib.
Məhkəmənin qərarına əsasən, Kərimov azadlığa çıxsa da, Fransanı onunla bağlı istintaq bitənə qədər tərk edə bilməyəcək. Üstəlik, o, hər həftə polisə Fransada olmasıyla bağlı məlumat verəcək. Milyarderə həmçinin adı hələlik açıqlanmayan şəxslərlə əlaqəsi tam qadağan edilib.
Qeyd edək ki, Rusiya Federasiyasının senatoru, Dağıstandan olan milyarder Kərimov Fransada həbs edilib. O, vergiləri ödəməməkdə ittiham edilir.