Milyarder İlqar Hacıyev reyder basqını ilə mübarizə üçün təşkilat yaratdı

Baxış sayı:
4039

London, Birləşmiş Krallıq, Fevral 11, 2020 /EINPresswire.com/ --Kiçik oğlan ikən Sovet fabrik işçilərinə şüşə qablarda pivə satmaqla sahibkarlıq fəaliyyətinə başlamış, Rusiya, Ukrayna və Azərbaycanda müxtəlif sahələri əhatə edən 1 milyard dollarlıq biznes qurmuş İlqar Hacıyev heç vaxt özünü mübarizəçı kimi təsəvvür etmirdi.

Lakin bunlar hamısı Azərbaycan əslli iş adamının, Rusiyalıların “reyderlik” adlandırdığı, çirkli yollarla, hədə-qorxular və zor gücü tərbiq etməklə, təzminat ödənmədən digər şəxsin biznesinin ələ keçirilməsini nəzərdə tutan hadisənin qurbanı olmasından sonra dəyişdi.

Hacıyev Sovet ittifaqı süquta uğradığı vaxt yaranmış xaos zamanı, xüsusilə də Rusiyada, bunun praktiki şahidi olsa da, bu hadisənin onun da başına gələcəyinə inanmırdı. Nəhayətdə, artıq 2019-cu il idi və "Forbes" siyahısında adı çəkilən və yekunda ona xəyanət edəcək qüdrətli şəriki Qod Nisanovla uzun illərdir birgə çalışmışdı.

Bu ikili Moskva ərazisində üç hündürmərtəbəli kompleksi birlikdə inşa etdirdilər, lakin layihələrin tarkibinə daxil olan kommersiya mülkləri ilə yaşayış evlərinin faiz nisbəti məsələsində fikir ayrılığı yarandı.

Mübahisəni həll etmək mümkün olmadığı zaman isə Nisanov silahlı şəxsləri kompleksləri ələ keçirməyə göndərdi. O, Hacıyevin hələ tamamlanmamış layihələrdə itirdiyi on milyonlarla dolları sərmayənin əvəzinə heç bir təzminat ödəməmışdi. Bu kabus Hacıyev ölüm təhdidləri almağa başladığı zaman daha da pisləşdi və onu ailəsi ilə birlikdə Almaniyaya qaçmağa məcbur etdi.

Yaşadıqları bu qorxunc və travmatik hadisədən sonra Hacıyev, “reyderliyin” qarşısını almaq üçün bir mərkəz açmaq qərarına gəldi.

Bu yaxınlarda iş adamı Rusiyada İş Şəffaflığı və Korporativ Reyderliklə Mübarizə Mərkəzinin fəaliyyətə başladığını elan etdi. Yeni təşkilatın qərargahı Londonda yerləşir. Artıq bu Mərkəzin veb səhifəsi - www.fightraids.com istifadəyə verilib.

O, mərkəzin yaradılmasının vaxtının çoxdan yetişdiyini dilə gətirdi. Rusiya informasiya vasitələri “reyderlik” nəticəsində baş vermiş trilyon dollar həcmində oğurluq barədə məlumat verirlər. Onların hesablamalarına görə, hər il vicdansız insanlar və cinayətkar qurumların rəhbərləri əksəriyyəti rusiyalılara məxsus, lakin son zamanlar amerikalıların, ingilislərin və digər xarici vətəndaşların da sahibkarı olduğu Rusiyanın 70.000-dən çox şirkətini ələ keçirtmək üçün quldur dəstələr göndərirlər.

"Bu təcrübə sıfırdan böyük və kiçik şirkətlər qurmuş on minlərlə vicdanlı iş adamının həyatını məhv edir"- deyə Hacıyev bildirir. -“Ancaq bu təkcə fərdi sahibkarlara və şirkətlərə təsir etmir. İqtisadçılar bildirir ki, bu, ümumi daxili məhsulu aşağı salır, çünki qanunsuz olaraq şirkətləri ələ keçirən şəxslər onları necə idarə etməyi bilmir və nəticədə məhsuldarlığa böyük zərbələr vurulur”.

"Reyderlik həmçinin Rusiyaya və keçmiş Sovet İttifaqının digər ölkələrinə xarici sərmayələrin qoyulmasına mane olur,"- deyə Hacıyev bildirib. "Niyə bir gecədə hər şeyi qanunsuz olaraq itirə biləcəyiniz bir ölkəyə sərmayə qoyasınız?" - ritorik şəkildə soruşur.

Mərkəzin əsas vəzifəsi şəxsləri və təşkilatları çirkli yollardan və zor gücü tətbiq etməklə şirkətləri təzminat ödəmədən ələ keçirməsinin qarşısını almaq olacaq.

Hacıyev deyib ki, bunu təbliğat, müdaxilə, Avropa və ABŞ-da maarifləndirmə işlərinin aparılması yolu ilə həyata keçirəcək.

Təbliğat işləri siyasətçilər, alimlər, digər nüfuzlu şəxslər, jurnalistlər və Rusiya daxilində və xaricindəki ictimaiyyətlə ünsiyyətdən ibarətdir.

Mərkəzin müdaxiləsi reyder basqını qurbanlarına, işlərini qaytarmaqla bağlı qanun məsələlərində kömək etməkdən ibarət olacaq.  Bunu həyata keçirmək üçün strategiyalara hər bir fərdi işə təsir göstərə biləcək siyasətçilər və digər liderlər ilə danışıqlar aparmaq və ilk növbədə qanunsuz olaraq biznesi ələ keçirmiş şəxslərə qarşı məhkəmə iddialar qaldırmaq aiddir.

Maarifləndirmə işləri aparılması isə mümkün qədər çox insanın reyderlik, xüsusən də onun vurduğu zərər haqqında informasiya əldə etməsini ehtiva edir. Bunun üçün mərkəz bu informasiyanı yaya biləcək jurnalistlər, alimlər, siyasətçilər və digərləri ilə işləyəcək. Bundan əlavə, mərkəz mövcud praktikanı müzakirə etmək və bunun həll yollarını tapmaq üçün konfranslar, seminarlar, simpoziumlar və digər tədbirlər təşkil edəcəkdir.

“Reyderliyin qurbanı olmuş hər bir şəxsin bizə qoşulmasını istərdik”- deyə Hacıyev bildirib. -"Bu mübarizədə sayımız nə qədər çox olsa, uğur qazanmaq ehtimalımız da bir o qədər yüksəkdir".

İlqar Hüseynov