Milyarderə böhtan atmaq? - 77 yaşlı keçmiş nazir müavininə qarşı cinayət işi qaldırılıb

Baxış sayı:
4942

Rusiyanın Daxili İşlər Nazirliyi Mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması nazirinin 77 yaşlı keçmiş müavini Sergey Xetaqurova qarşı böhtan atma maddəsilə cinayət işi açıb. Buna səbəb keçmiş nazir müavinin “Soverşenno sekretno” nəşrində yayımlanan məqalədə keçmiş ortağı, milyarder İqor Kesayevlə bağlı səsləndirdiyi fikirlərdir.

Virtualaz.org criminal.ru saytına istinadən xəbər verir ki, məqalədə S. Xetaqurov İqor Kesayevi fırıldaqçılıqda ittiham edir. Onun sözlərinə görə, “Merkuri” şirkətlər qrupunun sahibi olan Kesayev fırıldaqçılıq və hədə-qorxu yolu ilə 2013-cü ildə vəfat etmiş iş adamı Vyaçeslav Basatinin əmlakını ələ keçirib.

Mərhumun atası, 87 yaşlı keçmiş kəşfiyyatçı Boris Basati də hüquq-mühafizə orqanlarına bununla bağlı müraciət edib. O, Kesayevi oğlunun Moskva şəhərindəki “Merkuri” şirkəti və “Merkuri City Tower” qülləsini ələ keçirməkdə günahlandırıb. Keçmiş kəşfiyyatçı işə obyektiv baxılması və müvafiq qərar qəbul edilməsini istəyib.

Boris Basatinin sözlərinə görə, Kesaev və “Merkuri” şirkətlər qrupundakı ortağı Aleksandr Kobzev oğlunun ölümü ilə əlaqədar onun fiziki və psixi vəziyyətindən istifadə edərək müqavilə imzalamağa inandırıb, nəticədə oğlunun mirasının çox hissəsini ələ keçiriblər.

Basatinin sözlərinə görə, Kesayev və Kobzev onu inandırıblar ki, oğlunun ölümündən sonra şirkətdə borclardan başqa bir şey qalmayıb, bütün layihələr faydasızdır. Hətta miras kreditləri ödəməyə belə çatmır. “Merkuri” şirkətlər qrupunun sahibləri borclarını qaytarmağı tələb edən keçmiş tərəfdaşlarının atasını "çeçenlərlə" hədələyiblər. Ona "oğlunun xatirinə" borclarını özləri ödəyəcəklərini deyiblər və keçmiş kəşfiyyatçıya aylıq pul ödəməyi vəd ediblər. Bunun üçün Basatidən bir neçə müqavilə və etibarnaməyə imza atmaq istənib, nüsxələri ona verilməyib və məzmunu izah edilməyib.