“Millətin qanına kimi...” - Xoşqədəm Hadı Rəcəblinin müdafiəsinə qalxdı

Baxış sayı:
6466

Tanınmış teleaparıcı Xoşqədəm Baxşəliyeva millət vəkili Hadı Rəcəblini müdafiə edib. 
“Yeni Sabah” xəbər verir ki, millət vəkili ilə fotosunu sosial şəbəkədə paylaşan aparıcı izləyicisi tərəfindən tənqid edilib. 
“Ona tərif etdiniz, amma bunu bilin. Bu millətin qanına kimi içib... Nəinki nəvəsinə, nəticəsinə belə xalqın pulundan miras qoyan Hadı müəllim başda olmaqla bütün məmurların boynunun borcudur ki, insanlara köməklik etsin” – deyə izləyicilərdən biri deputatın xalqın pulunu mənimsədiyini və kömək etməyə məcbur olduğunu bildirib. 
Xoşqədəm Baxşəliyeva isə öz növbəsində deputatı müdafiə edib:
“Mən yalan yox, gerçəyi dedim. O bu on ildə təkcə elə mənim verilişimdə adının çəkilməsini istəməyərək neçə-neçə insana yardım edib! Lütfən, kiminsə haqqına girməyin”.